Bazardüzü

Bazardüzü

23-07-2019    65 dəfə baxılıb
Bazardüzü zirvəsi — Baş Qafqaz silsiləsində, Azərbaycan Respublikası ilə Dağıstan sərhədində dağ. Ən yüksək zirvəsi 4466 m. Böyük Qafqaz dağlarının Baş Qafqaz silsiləsində, Rusiya Federasiyası ilə sərhəddə, Qusar rayonu ərazisində yerləşir. Rusiya Federasiyasının ən cənub nöqtəsidir. Üç zirvədən ibarətdir. Türyan və Qusar çayları buradan başlanır. Dağ öz adını ətəyində yerləşmiş və keçmişdə maldar ellərin yaylağı olmuş Şahnabad çayı dərəsində yerləşən Bazardüzü adlı düzənin adından almışdır. Etnotoponim hesab olunur.

Paylaş: